"Messinin əvvəlki penaltilərini izləmişdim" Hannes Halldorsson

"Qarabağ"ın futbolçusu Yakub Jezniçakdan maraqlanmışdım. Ətraflı bilgilər yığdıqdan sonra bura mənə maraqlı gəldi. Yaxşı hisslərim var. "Olimpiya" ilə matçı da izlədim. Bu oyun məndə xoş təəssürat oyandı. Burda olduğum üçün xoşbəxtəm və səbirsizliklə növbəti görüşləri gözləyirəm".

 

Bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halddorsson deyib. Azərbaycanda ilk dəfə Newsport.az-a danışan 34 yaşlı əlcək sahibi zədəsinin ciddi olmadığını deyib: "Zədəm elə də ciddi deyil. Bərpa üçün bir neə gün vaxt lazımdır. Dünya çempionatında yüngül zədə almışdım"

 

İslandiya millisinin üzvü dünya çempionatında Argentina ilə görüşdə ulduz futbolçu Lionel Messinin penalti zərbəsini dəf etməsindən danışıb: "Zərbəni hiss etdim və zərərsizləşdirdim. Messinin əvvəlki penaltilərini izləmişdim. Özümü hazırlamışdım".

 

34 yaşlı qapıçı Azərbaycan çempionatı ilə maraqlandığını və "Qarabağ"a uğurlar qazanmağa gəldiyini vurğulayıb: "Komandanın çempionatdakı rəqiblərini tanıyıram. Premyer Liqa ilə maraqlanmışam. Peşəkar futbolçuyam və bura uğurlar üçün gəlmişəm".

 

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right