"Uğurlu start vacibdir" - Roberto Bordin

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Uypeşt” klubunu qəbul edəcək.
 
Newsport.az-ın məlumatına görə, oyundan öncə “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin mətbuat konfransında jurnalistlərin önünə çıxıb. İtaliyalı mütəxəssis öncə oyun haqda danışıb:
 
- Yeni mövsümü startı üçün çox xoşbəxtik. İlk oyun çox vacibdir. Bunu Azərbaycanda, dogma azarkeşlərimizin önündə keçirəcəyimiz üçün sevinirik. Rəqib çox güclü və ciddi komandadır. Oyuna ciddi hazırlaşmışıq. Yaxşı təlim məşq-toplanışı keçmişik. Matça bütün futbolçularımız hazırdır. Yerli azarkeşlərimizin önündə oynayacağımız üçün xoşbəxtik. Yaxşı nəticə üçün oynayacağıq. Uğurlu start vacibdir
 
- Sabah ilk rəsmi oyununuz olacaq. Start heyəti müəyyən etmisiniz?
- İlk oyun mənim üçün də xoşdur və həm də vacibdir. Heyətlə bağlı onu deyə bilərəm ki, hər iki komandada 11 nəfər olacaq. Siz də oynamaq istəyirsiniz? (gülərək)
 
- Yoldaşlıq oyunlarında əldə edilən müsbət nəticələr “Neftçi”yə necə təsir edəcək?
- Yoldaşlıq oyunlarında əsas olaraq, fiziki hazırlıqdır. Bundan əlavə, oyunçuların bir-birinə adaptasiya olması da vacibdir. Təbii ki, bu oyunda da qalib gəlmək istəyirik.
 
- Yoldaşlıq görüşlərində “Neftçi” daha zəif komandalarla qarşılaşdı. Ancaq II mərhələyə vəsiqə qazansanız, “Sevilya” kimi rəqiblə üz-üzə gələcəksiniz. Daha güclü rəqiblərlə yoxlama oyunu keçirmək olmazdımı?
- Bizim şansımız oldu ki, bütün heyətə sınayaq. Yoxlama oyunlarının önəmi yoxdur. Biz taktiki gedişləri sınayırdıq. Sabah biz “Uypeşt”lə oynayacağıq. Bu rəqibi keçməmiş digər komandanı düşünmək mənasızdır.
 
- Dörd yoxlama görüşündən sonra istədiniz taktikanı komandaya aşılamaq mümkün oldu?
- 4-3-3 taktiki sxemini sevirəm və bunu istifadə edəcəyik. Amma bu o demək deyil ki, oyunboyun ancaq bu cür oynayacağıq.
 
- Fiziki cəhətdən komanda necə inkişaf edib?
- Fiziki cəhətdən inkişaf etmişik. 100 faiz inkişaf etdiyimizi demək absurd olar. Çempionatın startına kimi fiziki cəhətdən tam hazır olacağıq. Qarşımızdakı rəqib də güclüdür. 
 
- İkinci mərhələdə “Sevilya” ilə qarşılaşacağınız komandanı motivasiya edir?
- “Sevilya” haqda nəsə düşünmürük. Biz ancaq “Uypeşt”lə görüşləri düşünürük.
 
- Adətən, xarici mütəxəssislər ölkəyə gələndə legionerlərə üstünlük verirlər. Lakin siz təlim-məşq toplanışında əvəzedicilərdən bir neçə gənc oyunuçunu komandaya cəlb etdiniz. Gənc azərbaycanlı futbolçuların durumu size qane edirmi?
- Legionerlər və azərbaycanlılarda ibarət yaxşı komandamız var. Gələcəkdə də gənc oyunçular cəlb ediləcək və onlar inkişaf edəcəklər. Bu yöndə işimizi davam etdirəcəyik. Gənclərdən razıyam. Bəzən səhv edəcəklər, amma inkişaf edəcəklər. Buna vaxt lazımdır. 
 
- Karikari toplanışa gec qoşuldu. Sabah onun oynamaq ehtimalı nə qədərdir?
- Karikarinin potensialı imkan verir ki, sabah oynasın. Lakin kimin oynayıb-oynamayacağını son məşqdən sonra qərar verəcəm.
 
- “Neftçi”yə gələndə özünüzlə bir məşqçi gətirdiniz. Azərbaycanlı məşqçilərlə istədiyiniz komandanı formalaşdıra biləcəksiniz?
- Mənim birgə işlədiyim çox məşqçim var. Yalnız bir nəfəri özümlə gətirdim. Yerli mütəxəssislərlə yaxşı iş ortaya qoymaq istəyirik. Çünki onlar burada olan futbolçuları tanıyırlar.
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right