“Dinamo” ilə oyun bizim üçün yaxşı rəqabət oldu" - Sənan Qurbanov

“Qəbələ” Sloveniyada keçirilən təlim-məşq toplanışındakı ikinci yoxlama oyununda Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə,  “Qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov Zaqreb təmsilçisi ilə matç (0:2) barədə fikirlərini gabalafc.az saytına açıqlayıb: 

“Bu gün daha sürətli oyun izlədik. Zaqreb “Dinamo”su ilə qarşılaşma bizim üçün yaxşı rəqabət oldu. Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdır. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. UEFA Avropa Liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldır”.

Qurbanov Sloveniya toplanışındakı iki yoxlama oyununa əsasən komandada dəyişikliklərin olduğunu da qeyd edib: “Komandanın oyununda inkişaf görünür. Futbolçular meydançada daha hərəkətlidir. Ehtiyatda oyunçularımız nisbətən az olduğundan bu gün meydana çıxanlar nisbətən çox yükləndi. Yeni transferimiz Ceyms Adeniyi komandayla məşqlərə başlayıb. Cavid Hüseynov da heyətə döndükdən sonra gücümüzə güc qatacaq. “Dinamo” oyunu iki heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da futbolçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı. “Proqres”lə iyulun 12-də keçiriləcək matçadək komandamızın yaxşı forma yığacağını düşünürəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right