Elnur Cəfərov paytaxt klubunun düşərgəsinə baxışa yollandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının keçmiş üzvü Elnur Cəfərovun yeni klubu müəyyənləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, "Neftçi"dən göndərilən futbolçu karyerasını paytaxt klubunda davam etdirə bilər.  

Yarımmüdafiəçi ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə" klubunun düşərgəsində məşqlərə başlayıb. Onunla bağlı yekun qərar yaxın günlərdə veriləcək. Futbolçunun durumu məşqçilər korpusunu qane etsə, onunla 1 illik sözləşmə imzalanacaq.  

Qeyd edək ki, Elnur Cəfərov hazırda əsas komandası fəaliyyət göstərməyən "Xəzər Lənkəran" klubunun yetirməsidir.  21 yaşlı oyunçu "Tondela" və  "Duqopolye" kimi komandalarda oynayıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right