Paytaxt klubları "Sumqayıt"ın futbolçusuna göz dikdi

Kamal Mirzəyev "Sumqayıt"dan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu "Gənclik şəhəri" təmsilçisi ilə yeni müqavilənin şərtlərində anlaşma əldə edə bilmir. Bu səbəbdən U-21 millimizin sabiq üzvünün klubdan ayrılmaq ehtimalı böyükdür.

Mirzəyevin xidmətində paytaxt klubları maraqlıdır. Gənc futbolçu yekun qərarını yaxın günlərdə verəcək.

Qeyd edək ki, Mirzəyev ötən mövsüm AZAL-dan ayrıldıqdan sonra "Sumqayıt"a keçmişdi. O, "kimyaçılar"ın heyətində 23 oyun keçirib, 2 qol və 3 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right