"Qəbələ"nin yeni baş məşqçisinin köməkçiləri kimlər olacaq?

"Qəbələ"nin yeni baş məşqçisi Sənan Qurbanovun köməkçilərindən birinin adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis "qırmızı-qaralar"da Elmar Baxşıyevlə birgə çalışacaq. 

Əyalət təmsilçisinin məşqçilər koprusunda yer alan digər məşqçilərin adı isə hələlik müəyyənləşməyib.

Böyük ehtimalla, Roman Qriqorçukun vaxtında komandada işləyən ukraynalı qapıçı məşqçi Aleksandr Qluşenko və həkim Roman Jolobayluk vəzifələrini tərk etməyəcəklər. Lakin onlarda danışıqlar hələlik yekunlaşmayıb.  

Qeyd edək ki, "Qəbələ" məşqçi-analitik kimi çalışan ukraynalı Anatoli Korotiya ilə yolları ayırıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right