Mövsümün ən aşağı göstəricisi qeydə alındı

Topaz Premyer Liqasının 25-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb. 1200 azarkeş şəhərin eyniadlı təmsilçisinin “Səbail”ə 1:2 hesablı məğlubiyyətinin canlı şahidi olub. Turun ən aşağı göstəricisi isə Zirədə qeydə alınıb. Cəmi 750 tamaşaçı “Zirə” - “Qarabağ” matçını (1:2) tribunalardan izləyib.

 

Digər oyunlardan “İnter Arena”da keçirilmiş “Keşlə” - “Neftçi” qarşılaşmasında (2:1) 1000, Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Kəpəz” matçında (3:0) isə 800 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə turun 4 oyununu 3750 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 937 tamaşaçı deməkdi. Bu, cari mövsümdə qeydə alınmış ən aşağı göstəricidi. Bunadək ən pis nəticə 8-ci turda qeydə alınmışdı (3870).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right