Kamran Ağayev: "Finalın Qəbələdə keçirilməsi normal deyil" Müsahibə

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Keşlə" "Zirə"ni 2:1 hesabıyla məğlub edib.

Oyundan sonra Kamran Ağayev Newsport.az-a müsahibə verib.

- "Sumqayıt" kubokda favorit göstərilirdi, amma qalib gəldiz və finala yüksəlməyi bacardız. Buna necə nail olduz?

- Hər şey insanın öz əlindəir. Düzdür? Hamımızın düşüncəsi eyni deyil. İnsan övladlarının hamısı fərqli cür fikirləşir. Mübarizə aparamsan, əziyyət çəkməsən, nəticən olmaz. Bu gün də ağır oldu. Bəzi futbolçular yorğun idi. Baş məşqçi bir neçəsinə şans vermişdi. Əvəzolunmaz futbolçu yoxdur, meydanda olan sözünü deməlidir. Ölkə kubokunun finalındayıq, qalib gəlmək və kuboku qazanmaq istəyirik.

- Final Qəbələdə baş tutacaq. Çoxları deyir ki, finalı Qəbələdə olması “Keşlə” üçün bir addım geri olacaq…

- Bu necə olur ki, final Qəbələdə baş tutacaq? Siz hardan bilirsiz ki, həlledici oyun Qəbələdə olacaq?

- Bunu hər kəs bilir. PFL-in prezidenti Ramin Musayev daha öncə açıqlayıb…

- Mən bunu bilmirdim. Belə şey olmaz.

- Məkan dəyişdirilməlidir?

- Deyin, “Qəbələ”ni təbrik edək də…

- Ramin Musayev kubokun 1/4 finalında “Sumqayıt”ın “Qarabağ”I mübarizədən kənarlaşdırdığı oyundan sonra bildirdi ki, inşallah, Qəbələdə finalda görüşərik…

- Niyə ki? Mən ilk dəfə eşitdim. Bu normal deyil. Amma məsləhət görürlərsə, belə olar. Final ya Naxçıvan, ya da Lənkəranda keçirilməlidir. Səhv deyirəm? “Qəbələ” ev sahibi kimi olacaq.

- Kamran, dünya futbolunda belə şeylər var…

- O zaman “Neftçi” – “Xəzər Lənkəran” finalını niyə aparıb Naxçıvana saldılar?

- Keşlə üçün bu mənfi olar bilər?

- Meydanda hər komandada 11 nəfər olacaq. Azarkeşlərimizin təhlükəsizliyini qoruyacaqlar. Bunlar da vacib şərtdi. Azərbaycan torpağında oynayacağıq. Əsas budur.

- Vaqifin cərimə zərbəsindən sonra komanda yoldaşınla nəsə söhbət etdin…

- Buna bir az zarafatla cavab verəcəm: mən sizdən şəxsi həyatınızı soruşuram? 

- Bu oyun zamanı baş verib. Sizdən şəxsi həyatınızı kim soruşdu?

- Şəxsi söhbətlərimiz idi. Çox şey söhbət edirik. Demişəm ki, yaxın dostunla niyə pıçıldaşırsan? Siz gördüyünüzü soruşun.

- Biz də bunu gördük və soruşduq.

- Şəxsi işimiz idi. Gördüyümü soruşun, danışdığımı yox. Şəxsi ünsiyyətimiz idi. Komanda daxilində olan söhbətləri açıqlamaq olmaz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right