"Sumqayıt" hazırlıqları davam etdirir

"Keşlə" ilə oyundan sonra 1 günlük istirahət edən "Sumqayıt" məşqləri bərpa edib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun komandası "Kapital Bank Arena"da hazırlıq keçib.
Zədəsini bərpa edən kapitan Vurğun Hüseynov fərdi hazırlıqla kifayətlənib. 1 saat davam edən məşq prosesində müxtəlif toplu çalışmalar edilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması 22 aprel, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right