"Keşlə" "Qəbələ" 43-cü duel

Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Newsport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur “İnter Arena”da başlayacaq. “Qəbələ” Bakıdakı qarşılaşmada “Keşlə”nin qonağı olacaq. Bu, komandalar arasında 43-cü dueldir. İlk qarşılaşması 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 13 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir – 55:45.

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 13 heç-heçə edib və 14 dəfə uduzub. 38 dəfə rəqib qapısına yol tapan komandamız 49 qol buraxıb. 22-ci dəfə “Keşlə”nin qonağı olacaq “Qəbələ” səfərdəki 21 matçdan 6-da qalib gəlib. Səfərdə 5 bərabərliyi olan “qırmızı-qaralar” 10 dəfə məğlubiyyətə üzülüblər.

Rəqib meydanında 20 qolun sevincini yaşayan futbolçularımız 35 top buraxıblar. “Keşlə” ilə görüşlərdə “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. Son iki qarşılaşmanı qolsuz tərk etməyən Filip Ozobiçin hesabında isə 4 top var. “Qəbələ” artıq 11 matçdır “Keşlə”yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn komandamız bu matçlarda ən azı 2 qol vurub.

Xatırladaq ki, Bakıdakı “İnter Arena”da keçiriləcək “Keşlə” - “Qəbələ”  qarşılaşması martın 13-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right