"Neftçi" "Keşlə"yə, "Qəbələ" "Kəpəz"ə qalib gəldi Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış matçı Gəncədə baş tutacaq. “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazdılar. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempiomnluq yolunda ciddi zərbə alıb. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə meydana çıxacaqlar. 

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edəcək. Son turda hər iki paytaxt klubu səfərdən 3 xalla qayıdıb. Tərəflər uğurlu çıxışı davam etdirmək üçün bu dəfə də meydana qələbə üçün çıxacaqlar. 

 

Azərbaycan Premyer Liqa

XIX tur

9 mart (cümə)

15:00. “Kəpəz” - “Qəbələ” 0-1
Qol
: Filip Ozobiç, 66

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

18:00. “Neftçi” - “Keşlə” 3-2

Qollar: Namiq Ələsgərov 14, Adrian Skarlatake 16, İqnasio Herrera 48, İqnasio Herrera 57, Ruslan Abışov 90,
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
“Bakcell Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right