Millimiz Ukraynanı yenə məğlub etdi

17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Matç millimizin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın qollarına Sona Rəhimova və Birgul Çelik imza atıblar.

Bu komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right