"Neftçi"nin hücumçusu üçün ağır itki

“Neftçi”nin hücumçusu Lukas Qomezə ağır itki üz verib.

Newsport.az-ın məlumatına görə, argentinalı futbolçunun atası Oskar Marselino Qomez vəfat edib.

Xəstəlikdən əziyyət çəkən Lukasın atasının vəfatı ilə bağlı klub futbolçuya başsağlığı verib.

Qeyd edək ki, Lukas atasının durumu ağır olduğu üçün ötən həftənin əvvəlindən ölkəsində idi. Futbolçu komandanın düşərgəsinə dünən qoşulub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right