"Qarabağ"ın futbolçusu heyətə geri döndü

“Qarabağ”ın yarımmüdafiəçisi zədəsini sağaldıb.

Newsport.az  Ağdam klubunun rəsmi "facebook" səhifədinə istinadən xəbər verir ki, "köhlən atlar"ın ispaniyalı futbolçusu Miçel artıq növbəti oyunda meydana çıxmağa tam hazırdı. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, qarşıdakı “Səbail”lə oyunda komandasına kömək edə biləcək.

Əvəzində Ağdam təmsilçisinin digər legioneri Yakub Jezniçak bu oyunu buraxmalı olacaq. Ötən tur “Qəbələ” ilə oyunda sarı vərəqə limitini dolduran polşalı müdafiəçi “Səbail”lə oyunu buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, fevralın 18-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right