TPL-da oyunlar ənənəvi qaydada deyil, daha tez başlanacaq

 Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçiriləcək. 3 günü əhatə edəcək turun ən çox oyunu şənbə günü reallaşacaq.

Newsport.az xəbər verir ki, maraqlı məqam ondan ibarətdir ki, oyunlar ənənəvi qaydada olduğu kimi deyil, daha tez başlanacaq. Belə ki, “Keşlə” – “Zirə” matçı 13:00, “Kəpəz” – “Səbail” oyunu isə 15:00-da start götürəcək. Peşəkar Futbol Liqasının şənbə oyunlarını belə erkən vaxta salmasının səbəbi stadionla bağlıdır.

Qeyd edək ki, həm Gəncə şəhər stadionunda, həm də “İnter Arena”da süni işıqlandırma ilə bağlı problem olduğuna görə, Peşəkar Futbol Liqası oyunların erkən vaxtda başlamasını qəbul edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right