"Qəbələ" "Səbail" matçında bərabərlik

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" debütant "Səbail"lə yoxlama görüşü keçirib.

 

Newsport.az xəbər verir ki, komandalar Bakı Olimpiya Stadiounun ehtiyat meydanında qarşılaşıblar. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 

Matçda hesabı "qırmızı-qaralar" açıb. Komandanın heyətində baxışda olan kolumbiyalı yarımmüdafiəçi Kevin Penan hesabı açıb. 21 yaşlı futbolçu 45-ci dəqiqədə fərqlənib. 70-ci dəqiqədə "Səbail"in hücumçusu Aleksandru Papoviçi status-kvonu bərpa edib. Qarşılaşmada başqa qol olmayıb və tərəflər yoxlama matçında 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right