“Qəbələ”dən təhsilə növbəti dəstək: bu dəfə tələbələr!

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Qəbələ” ilə “Zirə” arasında baş tutan qarşılaşmanın fasiləsində olduqca xoş olay yaşanıb. 

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, “qırmızı-qaralar”ın rəhbərliyi Qəbələ şəhərinin bir sıra tələbə adı qazanmış sakininə hədiyyələr hazırlayıblar.

Söhbət qəbul imtahanında 600 və daha çox bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş məzunlardan gedir. Azarkeşlərin alqış sədaları altında meydana dəvət alan gənclərə “Qəbələ”nin futbolçuları və əməkdaşları tərəfindən hədiyyələr və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, ötən il də “Qəbələ” bu sahədə fərqlənmişdi. Yeni təhsil ilinin başlanması münasibəti ilə şəhərin bütün şagirdlərinə məktəb ləvazimatları təqdim edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right