"Səbail" 4 cavabsız qolla qalib gəldi

“Səbail” “Dalğa Arena”nın köməkçi meydançasında bu il I divizionda çıxış edəcəyi gözlənilən “Binə” komandası ilə yoldaşlıq oyunu keçirib.

Newsport.az saytının məlumatına görə, qarşılaşma 4:0 hesabı ilə “Səbail”in xeyrinə başa çatıb. Vüqar Nadirovun dubl etdiyi oyunda, hərəyə bir dəfə Renan Telles və Elman Taqayev fərqlənib.

Qeyd edək ki, "Səbail" Premyer Liqanın 4-cü turunda "Qarabağ"la qarşılaşmalı olsa, da ağdamlıların Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə bu matç təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right