"Qarabağ"ın prezidenti Abdolbari Goozal komandayla görüşüb

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir. 

Newsport.az saytının məlumatına görə, bu gün axşam məşqindən öncə komandanın düşərgəsində sürpriz ziyarət baş tutub. 

Klubun prezidenti Abdolbari Goozal komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Goozal Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyini vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right