Rəşad Sadiqov “Zirə”nin ofisinə çağırıldı və...

“Zirə” klubu örnək addım atıb. Belə ki, klub intizamsızlığa görə, heyətdən uzaqlaşdırılan və müqaviləsi ləğv olunan Rəşad Sadiqovu ofisinə çağırıb.

Newsport.az saytının məlumatına görə, “Zirə” futbolçunun maaşını və Avropa Liqasının  I mərhələsi üçün nəzərdə tutulan mükafatıni verib. 

Əslində futbolçunun maaş və mükafatını alması haqqıdır. Sadəcə, Azərbaycanda o qədər oyunçunun pulunun kəsilməsi halı baş verib ki, “Zirə”nin bu addımı örnək kimi göstərilir.

Qeyd edək ki, Sadiqov "Astra" ilə matçdan sonra "Zirə"dən uzaqlaşdırılmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right