“Qəbələ” mövsümün ilk turuna hazırlaşır FOTOLAR

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” bu həftə start götürəcək Topaz Premyer Liqasına Bakıda hazırlaşır. 

Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. 
Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən “Qəbələ” “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.

Xatırladaq ki, I turun “İnter” - “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.
 












































 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right