“Sumqayıt” “Kəpəz”lə oyuna hazırlığı davam etdirir

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Kəpəz”lə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir. 

Newsport.az-ın məlumatına görə, sözügedən kollektiv bu gün “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Məşq prosesi əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən məşq prosesində zədəli futbolçu yer almayıb.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” qarşılaşması avqustun 13-də “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right