Elxan Məmmədov "Qarabağ"ın fan-şopunu ziyarət etdi FOTOLAR

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yeni açılan  "Qarabağ"ın fan-şopumun ziyarət edərək alış-veriş ediblər.

Newsport.az-ın məlumatına görəbaş katib Elxan Məmmədov yeni açılan fan-şop haqda fikirlərini bildirib: "Qarabağ"ın fan-şopunun açılmasınl görmək olduqca xoşdur. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldır ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundur və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca və xoşa gələndir. İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. "Şerif"lə qarşılaşmada "Qarabağ"a uğurlar arzu edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right