Yeni transfer "Qəbələ"yə keçidindən danışdı

"Qəbələ"nin yeni transferi Dion Malone ölkəsinin mətbuatına açıqlama verib
 
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"la 2 illik müqavilə imzalayan hollandiyalı futbolçu "Kayserispor"u ntəklifind imtina etməsinin səbəbini açıqlayıb:
 
"Azad futbolçu idim. Bir neçə seçim etmək imkanım var idi. Sonda "Qəbələ"ni seçdim və özümü olduqca xoşbəxt hiss edirəm. "Kayserispor"dan və "Qəbələ"dən yaxşı təklif almışdım. Amma son vaxtlar Türkiyədə vəziyyət o qədər də yaxşı deyil, baş verən bütün hadisələrdən xəbərdaram. Hətta internetdə məlumat toplayanda şoka düşmüşdüm. Bundan başqa, "Qəbələ"dən daha çox diqqət gördüm və bu, seçimimdə xüsusi rol oynadı".
 
 
28 yaşlı sağ cinah müdafiəçisi uzun müddətdi şərəfini qoruduğu Hollandiyanın "Den Haaq" klubundan ayrılmağın çətin olduğunu deyib:
 
 
"Den Haaq"da çoxsaylı azarkeşlərim var idi. Baş məşqçimiz Alfons Qroenendiyklə birgə işləməkdən zövq alırdım. Həm məşqçimiz, həm də klub rəhbərliyi mənim "Den Haaq"dan ayrılmağımı istəmirdilər. Amma mən başqa seçim etdim, digər sistemdə özümü sınamaq istədim. Ümid edirəm ki, seçimimdə yanılmayacam".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right