“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

Samir Əliyev və köməkçilərinin “Səbail” klubuna keçidindən sonra “Neftçi”nin əvəzedici heyətinin məşqçilər korpusu vakant qalmışdı.

Newsport.az saytının məlumatına görə, bu iş üçün iki məşqçinin namizədliyi irəli sürülüb və yekunda daha gənc məşqçiyə üstünlük verilib. Belə ki, baş məşqçi postu Tofiq Mustafayevə deyil, Elşad Əhmədova tapşırılıb.

Qeyd edək ki, Əhmədov uzun müddətdir ki, “Neftçi”də müxtəlif yaş qruplarında məşqçi kimi çalışır.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right