Klublarımızın "yay bazarlığı": Kim gəlir, kim gedir? YENİLƏNİR

Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yeni mövsüm üçün heyətlərini gücləndirməyə çalışırlar.

Newsport.az-ın məlumatına görə, klublar heyətdə görmək istəmədikləri futbolçuları göndərir, əvəzində daha güclü və lazımlı saydıqları oyunçuları heyətə cəlb edirlər. 

Bu günədək reallaşan transferləri diqqətinizə çatdırırıq:

“Qarabağ”

Gələn: 
Abbas Hüseynov (“İnter”)

Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), Boyan Şaranov, Vüqar Nadirov, İlqar Qurbanov

Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli
 

“Qəbələ”

Gələnlər:
 Yusif Nəbiyev (“Sumqayıt”: icarədən qayıdıb)

Gedənlər: Rəşad Eyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rəşad Sadiqov, Rafael Santos, Murad Musayev

Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov
 


“İnter”

Gələn: 

Gedənlər:
 Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib)

Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov,  Məmməd Quliyev, Orxan Sadıqlı, Adrian Skarlatake

UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub yay transfer pəncərəsində yeni futbolçu ala bilməz. 
 


“Zirə”

Gələnlər:
 Nicat Qurbanov ("Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ")

Gedənlər: Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov ("Qəbələ")

Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç

 
“Kəpəz”

Gələnlər:
 İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz")

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov ("Zirə"), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Orxan Əliyev, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta

Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev
 

“Sumqayıt”

Gələnlər
: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ")

Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 

“Neftçi”

Gələnlər:
 Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Səlahət Ağayev (“İnter”)

Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Səbail"), Jairo Rodriges, Maksim Vaylo

Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov
 

"Səbail"

Gələnlər:
 Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Neftçi"), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev ("Zaqatala")

Gedənlər: Elman Sultanov (baş məşqçi)

Müqavilə müddətini artıranlar: Təyyar Məmmədov, Eltun Yaqublu, Emil Balayev, Orxan Qurbanlı

Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 9-da açılacaq, sentyabrın 1-də bağlanacaq.

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz