Meysonun təlimi jurnalistərin gözündə

Xəbər verdiyimiz kimi, aprelin 17-18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı, AFFA yanında Media Komitəsinin dəstəyi ilə tanınmış journalist Den Meysonun rəhbərliyi ilə “Sürətin Nəbzini Tut” adlı Futbol Jurnalistikası Təlimi keçirilib.

Newsport.az-ın məlumatına görəİkigünlük təlimlərdə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla, ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva da iştirak ediblər.

Təlimə qatılan həmkarlarımızdan bəzilərinə aşağıdakı suallarla müraciət etdik

: 1. İki gün davam edən tədbiri necə dəyərləndirirsiz ?

2. Bu təlimlər ümumilikdə jurnalistlərə və konkret sizə nə verdi?

3. Gələcəkdə oxşar tədbirlərə qatılmaq haqda nə düşünürsüz? 
 

Şəfi Şəfiyev (Futbol+) 1. Təlim çox möhtəşəm keçdi. Hər şey əla idi. Təşkilatçılar və təlimçi təcrübəli şəxslər idi. Narazılıq yoxdur. Proqramda nəzərdə tutulan bütün məsələlər öyrədildi. 2. Təlim daha çox idman jurnalistikasının sosial şəbəkələr, ümumiyyətlə, internet üzərindən inkişafı üçün nəzərdə tutulmuşdu. Yəni informasiyanın multimedia formasında çatdırılması və auditoriyanın toplanması. Hansı ki, bizdə bu çox zəif inkişaf edib. 3. Məmnuniyyətlə qatılaram. Təki heç bir xərc olmadan bizə nəsə öyrətsinlər. 
 

Faiq Tahirov (Futbolpress.az) 1. Təlim gözlədiyimdən yaxşı oldu. Təşkilati cəhətdən də, prosesin gedişi baxımından da. Problem təlimçinin ölkə idman jurnalistikasına bələd olmaması ilə bağlı idi. Həm də müəyyən məqamlarda sanki ixtisasartırma təlimi yox, ixtisasa yeni yiyələnmək iddiasında olanlar üçün təməl qoyulurmuş kimi təsir bağışladı. 2. Multimedia vasitələrindən istifadəni bacardığımdan təlimdə yeni nəsə öyrənmək ümidlərim az idi. Düzü, əsasən əvvəllər istifadə etdiyim proqramlardan, internet xidmətlərindən və s. danışıldı. Ancaq faydalı olacağını fikirləşdiyim müəyyən qeydlər də var və bunlardan gələcəkdə istifadə edəcəyəm. 3. İştirak etməyi düşünərəm. Faydasız deyil. 
 

İlkin Məmmədov (Korner.az) 1. Ümumi fikrim çox yüksəkdir. Belə təlimlərin çox olmasını diləyirəm. Əslində ilk gündən bütün jurnalistlərin bilməli olduğu məsələlər deyilirdi. Ancaq əminəm ki, Azərbaycan idman mediasında səs yazıb göndərməkdən başqa heç nə bilməyən insanlar var. Onları belə tədbirlərə də cəlb etmək lazımdır. 
2. Təlimçi Den Meyson əla hazırlıqlı idi və çox faydalı məsələlər öyrətdi. İki gün ərzində sıxılmadım. 3. Gələcəkdə beləı təlimlər olsa, heç birini qaçırmayam. 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Törə Əhmədovanın da yuxarıdakı suallar ətrafında fikrini öyrəndik: 1. Bu təlim ümumilikdə müsbət xarakter daşıyırdı. Futbol Jurnalistikası Təlimi jurnalistlərin futbol haqda verdikləri məlumatların keyfiyyətinin və məzmununun yaxşılaşdırılmasını təmin etmək üçün bir layihədir. İki gün davam edən təlimdə iştirak edən jurnalistlər çox fəal idi. 2. Bu təlim ümumilikdə jurnalistlərin yüksək keyfiyyətli video- və foto çəkilişlərinin təşkili üçün mobil jurnalistika bacarıqlarını inkişaf etdirməyə, əldə olunan məlumatların tez bir zamanda sosial şəbəkələrdə paylaşılmasını təmin etməyə hesablanmışdı. Məsələn, onlayn və sosial media izləyicilərində necə maraq yaratmalı, əsasən də yazıların, xəbərlərin sərlövhəsini necə cəlbedici etmək, əsas xəbər başlıqlarını uzun müddət neçə qoruyub saxlamalı... Smartfondan istifadə edərək, səs müsahibələrini necə almalı və s. 3. Den Meyson hər detalı incəliklərinə qədər yüksək səviyyədə başa salırdı. Bundan başqa, həm təşkilatçılardan, həm tərcüməçi Hafiz müəllimdən, həm də ümumilikdə seminardan çox razı qaldım. Amma seminar hələ bitməyib. Bizə ev tapşırığı verilib və iştirakçılar 10 gün müddətində tapşırığı yerinə yetirib təhvil verməlidi. Təlim mayın 2-də başa çatacaq. Həmin gün iştirakçı jurnalistlərə sertifikatlar təqdim olunacaq. Əlbəttə, gələcəkdə də belə təlimlərdə məmnuniyyətlə iştirak etmək istərdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right