"Hakimlərə "5" düşür" Qurban Qurbanov

Premyer Liqasının 19-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.

 

- “Qəbələ”ni təbrik edirəm. Hər iki komanda üçün vacib matç idi. Məğlub olsaq da, futbolçularımdan razı qaldım. Çox çalışdılar, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Çempionat davam edir. Bu oyunu analiz edib, digər matçlara hazırlaşmalıyıq.

 

- Futbolmuzun inkişafı üçün belə oyunların tez-tez olması lazımdı?

- Bəli, tez-tez olmalıdı. Amma biz çempionatın proqramından kənara çıxa bilmərik. Belə oyunlar çox olsa, futbolçuylarımız daha çox inkişaf edər.

 

- Artıq neçənci dəfədir ki, hakim sonradan qərarını dəyişir. Belə halara necə münasibətiniz necədi?

- Belə epizod bizim “İnter”lə oyunumuzda da olmuşdu. Hakimlər öz aralarında məsləhətləşdikdən sonra qərar verdilər. Bu epizoda görə hakimlərə 5 qiyməti düşür.

 

- İtkilər oyununuza nə dərəcədə təsir etdi?

- Bu barədə düşünmək gecdi. Əfsuslar olsun ki, biri cəzalı, digəri zədəli idi. Biz belə hallarla razılaşmalıyıq.
 Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

 

- Hər zaman “Qarabağ” yerli futbolçulara görə üstün olub. Sizcə bu gün yerlər dəyişmişdi?

- “Qəbələ” heyətinə yaxşı futbolçular cəlb edib. Amma bu o demək deyil ki, yerlər dəyişib.

 

- Komandanızdan narazı qaldığınız məqamlar oldu?

- Belə maqamlar hər zaman olur. 5 – 0 hesabı ilə qalib gəldiyimiz oyunlarda da narazılığım olub.

 

- Demək olar ki, çempionluq mübarizəsi bu gündən başladı?

- Çempionluq mübarizəsi çoxdan başlayıb. Mən məğlub olduqda futbolçularımı yaxşı motivasiya edə bilirəm. Futbolçularım bundan sonra daha ciddi yanaşacaqlar. Çempionluq mübarizəsi son turadək davam edəcək.

 

- “Qarabağ” və “Zirə” qardaşlığı münasibəti sizə necə təsir edir?

- Bizim tərəfdən bu barədə heç bir fikir yoxdu. Rəşad Sadıqov və Anar Nəzirov çox gözəl çıxış etdi bu mövzu haqda. Bu fikirlər bizi tanıyanlar tərəfindən səsləndirilir. Bu da insana pis təsir edir. Rəşadı, Anarı tanıyanlar var. Belə insanlar haqda bu fikirləri səsləndirmək yaxşı deyil. Mən həqiqətən şadam ki, həyatda Rəşad kimi dostum var. Buna görə də heç nəyə görə narahat deyiləm. Nə qədər ki, mən burdayam danışılmış oyun olmayacaq. Bizi tanıyan insanlar bundan sonra da bizə güvənə bilərlər. Belə şeylərdən uzağıq. İşimizə, peşəmizə və rəhbərliyimizə hər zaman sadiqik.

 

- Dediyinizdən belə başa düşdük ki, “Qarabağ”a qarşı qara piyar aparılır...

- Yox, mən belə düşünmürəm. Düzdü, bu futbolçulara təsir edir. Amma sizlə necə danışıramsa, futbolçularla da o cür danışıram.

 

- “Qəbələ”nin qələbə qazanmağında azarkeşlərin rolu oldu?

- Əlbəttə azarkeşlər hər zaman komandaya dəstək olur. Bizim azarkeşlərimiz də var idi stadionda. Sayca az olsalar da, onlar da heç kəsdən geri qalmırlar.

 

- Məğlubiyyətdə özünüzü günahkandırırsan?

- Hər zaman məğlub olduqda günahımız olur. Yəqin ki, nəyisə düzgün etməmişik. Oyunu tam analiz etdikdən sonra kollektiv arasında bunu müzakirə edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right