“Qəbələ”də ilk ayrılıq reallaşıb. Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi israilli futbolçu Feras Abu Akalla vidalaşıb.
“Qırmızı-qaralar” bunu sosial şəbəkə vasitəsilə bəyan edib. Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin yayından “Qəbələ”də çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.