UEFA AFFA-nı cərimələdi

UEFA AFFA-nı 1500 avro cərimələyib.

Newsport.az xəbər verir ki, buna ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsinin ləğv edilməsi səbəb olub.

Avropa futbol qurumunun Nəzarət, Etika və İntizam Komitəsi sözügedən qarşılaşmaya görə yığmamıza texniki məğlubiyyət vermişdi. Bu hal komandanın heyətində meydana çıxmaq icazəsi olmayan futzalçıdan istifadəyə görə yaşanıb. (Report)

Azərbaycan – Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right