Mahirin "Dinamo"nun məşqlərinə qoşulacağı tarix bəlli oldu

Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı vingeri Mahir Emreli yaxın günlərdə kollektivlə məşqlərə qayıdacaq.

Newsport.az saytına verilən məlumata görə, zədəsinin təkrarlanma riski olduğu üçün fərdi məşq edən Emreli kollektivlə yalnız iki məşqə çıxıb.

Daha çox fərdi məşqlərlə kifayətlənən 26 yaşlı futbolçunun tam olaraq komanda ilə məşqlərə nə vaxt qayıdacağı açıqlanıb.

Belə ki, Zaqreb klubunun həkimi Emreliyə aprelin 8-dən etibarən komanda ilə tam olaraq məşqlərə qayıtmasına icazə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right