İsveçrə millisinin baş məşqçisi: "Azərbaycanla heç vaxt oynamamışıq"

Futbol üzrə İsveçrənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Pia Sundhaqe AVRO-2025-in seçmə mərhələsinin püşkatma mərasimindən sonra Azərbaycan, Türkiyə və Macarıstanla eyni qrupa düşmələrini şərh edib. 

Newsport.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan təcrübəli mütəxəssis milimizlə oynamadıqları üçün oyunumuza bələd olmadıqlarını bildirib:

"Evdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başlayır. Bu fantastikdir. Matç boyu mübarizə aparan Macarıstan kimi güclü rəqiblə qarşılaşacağıq. Bundan əlavə, Türkiyə yığmasının çox az qol buraxdığını bilirəm. Bununla belə, biz heç vaxt Azərbaycana qarşı oynamamışıq. Onların oyunlarına da bələd deyilik".

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsinin oyunları aprel-iyul aylarında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right