"Bayer"in "Qarabağ"la oyunla bağlı paylaşımı Foto

"Bayer" "Qarabağ"a qarşı bu gün keçiriləcək oyunla bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, paylaşım klubun sosial şəbəkə hesablarında almanca "Spieltag" (oyun günü) sözləri ilə yayımlanıb. 

Paylaşımda Bakının mərkəzi hissələri, Alov Qüllələri yer alıb. Alov Qüllələrinin iki binası arasında komandaların loqolarının yer aldığı bayraqlar bir-birinə bitişik halda əks olunub. 

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ" - "Bayer" ilk oyunu bu gün keçiriləcək. Cavab matçı martın 14-də Leverkuzendə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right