Türkiyə millisinin baş məşqçisi: "Azərbaycanla çoxlu yoldaşlıq oyunu keçirmişik"

Futbol üzrə Türkiyənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Necla Güngör komandasının Azərbaycan, Macarıstan və İsveçrə ilə B1 qrupunda mübarizə aparacağı AVRO-2025-in seçmə mərhələsinin püşkatma mərasimini şərh edib.

Newsport.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan millisi barədə fikirlərini bildirib:

"Azərbaycanla çoxlu yoldaşlıq oyunları keçirmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Qrupdakı bütün rəqibləri təhlil edəcəyik".

AVRO-2025-in seçmə mərhələsinin oyunları aprel-iyul aylarında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right