Azərbaycan çempionu 56 yaşında karyerasını bərpa etdi

"Kəpəz"in sabiq hücumçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.

Newsport.az xəbər verir ki, o,  Region Liqasında "VT Gəncə"nin heyətində "Şəki" ilə matçın start heyətində meydana çıxıb.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Rövşən Əhmədov "Kəpəz"in heyətində 3 dəfə Azərbaycan çempionu olub. O, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right