Bir ev oyununu "Tofiq Bəhramov"da keçirməyə qərar verdilər

“Zirə”nin ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparılır.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Klub bu səbəbdən PFL-ə rəsmi müraciət edərək Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"lə ev oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyib. Klubun müraciətini, eləcə də stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq oyunun mərkəzi arenada keçirilməsinə qərar verilib. Martın 16-da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

“Zirə” Azərbaycan kubokunun yarımfinal oyunundan etibarən ("Zirə" - "Qəbələ", 2 aprel) Zirə İdman Kompleksinə stadionuna qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right