"Nə yaxşı ki, "Qarabağ"a qarşı oyun təcrübəmiz var" "Bayer"in futbolçusu

"Qarabağ"la səfər matçımız mütləq gərgin olacaq. Biz artıq bunu bir dəfə görmüşük. Ona görə də bilirik ki, Bakıdakı oyun asan olmayacaq".

Newsport.az "Kicker"ə istinadəan xəbər verir ki, bu sözləri "Bayer"in vitse-kapitanı Conatan Ta UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"la keçiriləcək oyun haqda danışarkən deyib.

Almaniya millisinin də üzvü olan müdafiəçi  Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Qarabağ" çox məşhur komanda olmaya bilər, amma elə komandadır ki, onları qiymətləndirməyə bilmərik. Nə yaxşı ki, bizim onlara qarşı oyun təcrübəmiz var".

Qeyd edək ki, "Bayer"lə "Qarabağ" arasında ilk oyun martın 7-də Bakıda olacaq və saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right