70 manatlıq cəzalar

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Əvəzedicilər Liqasının XXV turunda başverənlərə də aydınlıq gətirilib.

Newsport.az xəbər verir ki, “Sabah-2” – “Araz-Naxçıvan-2” qonaqlar 4 futbolçusu sarı vərəqə aldığına görə 70 manat cərimələnib.

Eyni məbləği “Turan Tovuz-2” ilə ev oyununda 5 futbolçusu cəzalanan “Zirə-2” də ödəyəcək. Bu matçın 84-cü dəqiqəsində qırmızı vərəqə alan Hüseyn Hüseynov birbaşa qırmızı vərəqəyə görə 1 matçlıq diskvalifikasiya edilib, tovuzlular 80 manat cərimələnib.

Turun “Neftçi-2” – “Qarabağ-2” oyununda bakılıların 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right