“Qəbələ” rəhbərliyində yeni təyinat

“Qəbələ” klubunda yeni təyinat reallaşıb.

Newsport.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məluma yayıb.

Səbuhi Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub. S.Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.

Qeyd edək ki, Səbuhi Səfiyarlı bundan əvvəl də "Qəbələ"də müxtəlif vəzifələrdə çalışıb. O, Roman Qriqorçuk komandaya rəhbərlik etdiyi dövrdə klubun meneceri kimi fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right