"Qarabağ"ın futbolçuları Bakıda açılmış yeni əyləncə mərkəzində

Yanvarın 24-də Bakıda “Dreamland” kompleksində yeni idman fitnes mərkəzləri – “Dream Trampoline”in və “Dream Body Athletic Club & Spa” istifadəyə verilib. 

Newsport.az-ın xəbərinə görə, açılış mərasimində "Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl, klubun prezidenti Tahir Gözəl, gənclər və idman naziri Fərid Qayıbov, Qubadlıdan olan millət vəkili Tahir Mirkişili, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak edib.

Dünən isə bu obyektlər "Qarabağ"ın futbolçuları, Tofiq Musayev, Mehman Məmmədov kimi MMA idmançıları, eləcə də media nümayəndələrinə nümayiş etdirilib. Futbolçulardan Toral Bayramov özünü "Dreamland Trampoline"da sınayıb.

Açılışda mərkəzin xidmətləri və idmançılar üçün yaradılmış şərait barədə məlumat verilib, burada quraşdırılmış müasir idman avadanlıqlarının üstünlükləri nümayiş etdirilib. Bildirilib ki, bu, Orta Şərqin və Avropanın ən böyük batut sahəsinə malik yeni əyləncə mərkəzidir.

“Dream Trampoline” mərkəzində uşaqlar, eləcə də böyüklər əyləncəli vaxt keçirə və xüsusi günlərini burada qeyd edə bilər. Burada hər kəsin zövqünə uyğun əyləncə və oyun zonaları fəaliyyət göstərir.

“Dream Body Athletic Club & Spa” isə öz növbəsində qonaqlarına rahat və sağlam həyat vəd edir, bunun üçün ölkədə bir çox ilklərə imza atır. Belə ki, Azərbaycanda ilk neyroaktiv təlim avadanlıqları məhz “Dream Body Athletic Club & Spa”nın atletik klubundadır. Bunlarla yanaşı, Azərbaycanda ilk dəfə məhz “Dream Body” mərkəzində “Gharieni MLX” kvars yatağı qonaqların xidmətində olacaq. Bu terapiya növü sinir təzyiqini, stresi azaldır, elastikliyi artırır və mənəvi rahatlıq bəxş edir.

Qeyd edək ki, hər iki mərkəz Zığ şosesi, Heydər Əliyev Hava Limanı yolu, 22-ci km ünvanında yerləşən “Dreamland” yaşayış kompleksində qonaqlarını gözləyir.

Əyləncə mərkəzinin xidmətləri ilə yaxından tanış olmaq üçün əlaqə vasitələri:

Telefon: (+994 55) 208 74 00
İnstagram: https://www.instagram.com/dreamland.trampoline/
Facebook: https://www.facebook.com/dreamtrampolinee

Dream Body Athletic Club & Spa: (+994 55) 250 74 00

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qarabağ FK (@fkqarabagh)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right