Mourinyo final haqda "Yeni tarix yazmaq istəyirik"

"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının finalında "Feyenoord"la keçirəcəkləri oyun haqda danışıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis həlledici görüşdə qalib gələrək yeni tarix yazmaq istədiklərini deyib: 

“Biz bu yolun son mərhələsindəyik. Həftəsonu finala bərabər matç keçirdik və növbəti mövsüm üçün Avropa Liqasına vəsiqə qazandıq. Biz Konfrans Liqasında finala çıxmaqla tarix yazdıq. Amma indi daha bir yeni tarix yazıb onu qazanmalıyıq. Biz həvəsimizi qoruduq və diqqətimizi cəmlədik. Futbolçularımız diqqətlidirlər, hər şeyə düzgün münasibət göstərirlər. Onlar belə matçda iştirakın sevincini hiss edirlər. Bu final mənim üçün bir ilk kimidir.  Qalib gəlsək, o zaman bütün Avropa kuboklarını qazanan ilk məşqçi mən olacağam. Mən sehrlərə inanmıram. Burada əlavə heç nə edə bilməzsiniz, sadəcə olaraq güclü tərəflərinizin və məhdudiyyətlərinizin fərqində olmalı, ona uyğun hərəkət etməlisiniz. Finalın necə bitməsindən asılı olmayaraq, bu, mənim üçün müsbət bir mövsüm oldu”.

Qeyd edək ki, final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah