"Beşiktaş"ın legioneri "Əl-Hilal"a keçə bilər

“Beşiktaş”ın futbolçusu Jedson Fernandeş Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya Səudiyyə Ərəbistanından bir neçə klub maraq göstərir. Hazırda ərəblər “Beşiktaş”la danışıq aparır.

Onun “Əl-Əhli”yə keçidi gündəmdədir. Gedsonun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Benfika”, “Tottenhem”, “Qalatasaray”, “Rizespor” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right