"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır

"Napoli" "Liverpul"un futbolçusu Darvin Nunyesin transferi üçün rəsmi təklif göndərib. 

Newsport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

İtaliya klubu uruqvaylı hücumçuta görə "Liverpul"a 54,5 milyon avro təklif edib.

Qeyd edək ki, daha əvvəl Nunyesin "Napoli" ilə 2030-cu ilə qədər müqavilə şərtlərini razılaşdırdığı bildirilmişdi. Futbolçunun Səudiyyə Ərəbistanından aldığı bir neçə təklifi rədd etdiyi və karyerasını Avropada davam etdirmək istədiyi vurğulanır.

Darvin Nunyes ötən mövsüm İngiltərə Premyer Liqasında 30 oyuna çıxaraq 5 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right