Məşhur futbolçu Qətərdə klubunu dəyişdi

"Əl-Ərəbi"dən ayrılan Marko Verratti Qətərdə klubunu dəyişib.

Newsport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi "Əl-Duhail"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı orta xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Əl-Ərəbi" Marko Verrattini 2023-cü ilin yayında PSJ-dən 45 milyon avroya transfer etmişdi. İtaliya millisinin sabiq üzvü Qətər təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right