“Qarabağ”ın rəqibinin stadionu vaksinasiya mərkəzinə çevrildi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin” (Şotlandiya) ev oyunlarını keçirdiyi “Pittodri” stadionunu vaksinasiya mərkəzinə çevirib.

Newsport.az-ın məlumatına görə, bu gündən etibarən stadionda koronavirusa qarşı peyvəndləmə olacaq.

“Aberdin” “Qarabağ”la ilk matçını avqustun 19-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-da “Pittodri” stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right