Millimizin üzvü komandasına səfərdə qələbə qazandırdı

Futbol üzrə Niderland I Divizionunda 9-cu turun görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Den Boş"la qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu oyunun iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. O, 55-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

Xallarını 17-yə yüksəldən "Eyndhoven" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Roda"dan 5 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right