"Liverpul"un futbolçusunu vuran hakim işindən kənarlaşdırıldı

İngiltərə Premyer Liqasının 30-cu turunda "Liverpul" - "Arsenal" görüşündə (2:2) xoşagəlməz hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, oyunun ingiltərəli yan xətt hakimi Konstantin Hatsidakis ilk hissənin sonlarında "Liverpul"un futbolçusu Endryu Robertsonun boğazına dirsəklə vurub. 

İngiltərə futbolunda hakimliyin keyfiyyətinə cavabdeh olan təşkilat - PGMOL hakimin bu hərəkəti ilə bağlı qərar qəbul edib və onu cəzalandırıb. Hatsidakis araşdırma bitənədək işindən kənarlaşdırılıb. O, Premyer Liqa və ölkə kuboku oyunlarına təyinat almayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right