“Lill” və “Marsel”dən ilk oyunda darmadağın

Fransa çempionatında 1-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.

“Tuluza” – “Nitsa” və “Anje” – “Nant” matçlarında qalib müəyyənləşməyib. “Renn” doğma meydanda “Loryan”a məğlub olub. “Lans” “Brest”i, “Lill” “Oser”i, “Monpelye” “Trua”nı, Marsel “Olimpik”i isə “Reyms”i məğlub yola salıb.

Fransa, Liqa 1
1-ci tur
7 avqust

Tuluza – Nitsa 1:1
Qol:
Dallinqa, 20 – Remzi, 78.

Anje – Nant 0:0

Lans – Brest 3:2
Qol:
Sotoka, 27; 62; 65 – Belkebla, 66. Kastilyo, 82.

Lill – Oser 4:1
Qol:
Andre, 1. David, 3; 39. Zedadka, 64 – Şarbonnye, 68.

Monpelye – Trua 3:2
Qol:
Sent-Lyus, 3. Savanye, 15; 81 – Tardye, 12-pen. Balde, 17.

Renn – Loryan 0:1
Qol:
Teate, 65-öz qapısına.

Olimpik (Marsel) – Reyms 4:1
Qol:
Faes, 13-öz qapısına. Tavares, 45+2. L.Suares 75; 90+4.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah