Balotelli Türkiyəni İsveçrəyə dəyişir

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli karyerasına İsveçrədə davam edə bilər.

Newsport.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu "Sion"un transfer siyahısındadı.

İsveçrə klubunun rəsmiləri də italiyalı forvardla maraqlandıqlarını etiraf ediblər. 

Balotelli ötən mövsüm "Adana Dəmirspor"la 33 oyunda 19 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right