"Barselona" "Çelsi"dən ayrılan futbolçu ilə müqavilə imzaladı Rəsmi

İspaniyanın "Barselona" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan Andreas Kristenseni rənglərinə bağlayıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

"Barselona" Danimarka millisinin üzvü ilə 4 illik müqavilə imzalayıb. 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinə 500 milyon avroluq sərbəstqalma maddəsi əlavə edilib.

Andreas Kristensen "Çelsi"yə 2017-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer olunmuşdu. O, son mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 30 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right